30/03/2016 10:00

Rusiya Ordusu Ermənistanda təlimlərə başlayıb

Rusiya Silahlı Qüvvələrinin Ermənistanda yerləşən 102-ci hərbi bazası bu birləşmənin silahlanmasına yeni verilən pilotsuz uçuş aparatlarından (PUA) və radioelektron mübarizə komplekslərindən istifadə etməklə təlimlərə başlayıblar.

“AzeriDefense”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, təlimlər yüksək dağlıq ərazidə yerləşən “Kamhud” poliqonunda keçirilir.

Təlimlərdə “İnfauna” radioelektron mübarizə kompleksləri ilə yanaşı, “Navodçik” və “Orlan” PUA-larından istifadə olunur.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin 102-ci hərbi bazası yerləşir. 2010-cu ildə bazanın yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb.

Son 1 ildə bazanın silah və texnika imkanları artırılıb.