26/02/2016 12:19

Rusiya ordusunda pilotsuz uçuş aparatlarının sayı 9 dəfə artırılıb

Rusiya Silahlı Qüvvələrinin istifadəsində olan pilotsuz uçuş aparatlarının (PUA) sayı artırılıb.

“AzeriDefence”nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin elmi-tədqiqat Mərkəzinin rəisi Sergey Popov deyib ki, 2011-2016-cı illər ərzində PUA-ların sayı 9 dəfə, yerüstü və dəniz məsafədən idarə olunan qurğular isə 2 və 4 dəfə artırılıb.

Onun sözlərinə görə, Rusiya milli istehsal olan PUA-ları hazırda Suriyada aparılan əməliyyatlarda uğurla istifadə edir.

Popov bildirib ki, hazırda Rusiya Müdafiə Nazirliyinə 150 ədəd PUA nümunəsi istehsal üçün təqdim olunub. Hazırda onların dəyərləndirilməsi üzərində işlər aparılır.