11/09/2018 14:28

Rusiya Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Rusiya Silahlı Qüvvələri Uzaq Şərqdə genişmiqyaslı “Şərq-2018” hərbi təlimlərinə başlayıb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Təlimlərə Rusiya Ordusundan təxminən 300 min hərbçi, 1000-dən çox təyyarə, helikopter və pilotsuz uçucu aparatı, 36000-ə qədər tank, zirehli avtomobil və digər maşın, 80-ə qədər gəmi cəlb edilib.

İki mərhələdə keçirilməsi planlaşdırılan təlimlərə Çin Xalq Azadlıq Ordusunun hərbi bölmələrinin də qatılacağı bildirilib.

Hərbi ekspertlərin sözlərinə görə, “Şərq-2018” Rusiyada son 37 ildə keçirilən ən böyük təlmlər olacaq.

“Şərq-2018” hərbi təlimləri sentyabrın 11-dən 17-dək davam edəcək.