31/10/2017 21:11

Rusiya Pakistanda “Ansat” helikopterinin sınaqlarına başlayıb

Pakistanda Rusiya istehsalı olan çoxməqsədli “Ansat” helikopterinin sınaqları başlanıb.

Bu barədə “AzeriDefence”yə “Rusiya Helikopterləri” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Sınaqlar zamanı helikopterin yüksək temperaturlarda istismar imkanlarına baxılacaq.

Artıq helikopterin test uçuşları başlanıb. Sınaqlarda “Ansat”ın +50° Selsiyə qədər temperaturlarda uçuş imkanıları yoxlanılacaq və helikopterin təkmilləşdirilməsində bu nəzərə alınacaq.

Şirkətin baş direktorunun marketinq və biznesin inkişafı üzrə müavini Aleksandr Şerbinin sözlərinə görə, “Ansat” öz uçuş-texniki xarakteristikalarına görə Asiya və Yaxın Şərq ölkələrindən sifarişçilər üçün cazibədar helikopterdir. Helikopterin bir neçə müasirləşdirməsi planlaşdırılıb ki, bunlardan biri də temperatur rejiminin genişlənilməsidir.

Sınaqlar noyabr ayının ortalarında başa çatacaq.