16/09/2015 14:55

Rusiya Qafqazda hərbi texnikasının sayını artırır

Rusiya Ordusunun cənub hərbi dairəsi, Qara dəniz və Xəzər dəniz donanmalarının istifadəsinə yeni silah və texnikalar verilib.

“AzeriDefence”nin məlumatına görə, adıçəkilən birləşmələrin silahlanmasına 500 adda yeni və modernləşdirilmiş texnika əlavə edilib.

Qoşun növləri əsasən, “Tornado-Q” reaktiv atəş sistemi, T-72B3 tankları, BTR-82AM zirehli maşınları, “Aistenok” və “Sobolyatnik” radiolakasiya stansiyaları, “Zoopark-1M” radiolakasiya kompleksi, MTP-A2 texniki yardım maşını və digər hərbi maşınları ilə təmin olunublar.

Təminat planına əsasən Cənub hərbi dairəsi 1,7 min adda silah və texnika ilə təchiz ediləcək.

Məlumatda o da qeyd olunub ki, proses 2020-ci ilə qədər davam edəcək.