11/01/2018 15:04

Rusiya Qazaxıstana orta sinifin ən yeni çoxməqsədli helikopterini tədarük edəcək

Rusiya Qazaxıstan Silahlı Qüvvələrinə Mi-171A2 çoxməqsədli helikopter tədarük edəcək.

Bu barədə “AzeriDefence”yə “Rusiya Vertolyotları” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan Silahlı Qüvvələrinə test edilməsi üçün bir ədəd Mi-171A2 helikopteri göndəriləcək. Bundan əvvəl “Rusiya Vertolyotları” şirkətinin baş direktoru bildirirdi ki, Mi-171A2 helikopterinin ilk çatdırılma müqaviləsi Hindistanla bağlanıb. Qazaxıstanla əməkdaşlıq haqqında memorandum imzalanıb. 2017-ci ilin sonunda “Rusiya Vertolyotları” Hindistan və Qazaxıstanla test edilməsi iki ədəd Mi-171A2 helikopterin çatdırılmasına dair saziş imzalayıblar.

Bundan başqa, mətbuat xidmətindən bildirilib ki, Mi-171A2-lərin buzlanmağa qarşı sistemlərinin yoxlaması üçün iki helikopterin Yakutiyada -50… -45 ° C-də sınaqdan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Mi-171A2 – orta sinifin ən yeni çoxməqsədli helikopteridir. Mi-171A2 helekopteri üçün “Aviacihazqayırma” şirkətlər qrupu tərəfindən yeni KBO-17 bort avadanlıqları yaradılıb. KBO-17 avadanlığına pilot-naviqasiya informasiya və bort sisteminə 6×8 düym ölçülərində 4 maye kristal ekran daxildir. Həmin avadanlığın köməyi ilə helikopterin ön və arxa tərəflərindən görüntülər aşkar edilə bilir.

Mi-171A2-də GLONASS/GPS ikikanallı rəqəmsal avtopilot da mövcuddur. Helikopter güclü VK-2500PS elektron sistemli mühərriklə təmin olunub. Mi-171A2-nin uçuş məsafəsi yanacağın həcminə görə, 850 km-dir. Yüklə birgə çəkisi isə 5 tondur. Helikopterin müasir avionikası Mi-171A2-yə istənilən hava şəraitində uçmaq imkanı yaradır.  Helikopter 280 km/saat sürətlə uçur.