27/11/2019 20:32

Rusiya Qırğızıstana helikopter və radarlar verib

Rusiya Qırğızıstan Silahlı Qüvvələrinə hərbi-texniki yardım çərçivəsində helikopter və radarlar bağışlayıb.

Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Qırğızıstanın Kant bazasında bu gün keçirilən mərasimdə Rusiya hərbi-texniki yardım müqaviləsi çərçivəsində Qırğızıstan Silahlı Qüvvələrinə 2 ədəd Mi-8MT çoxməqsədli helikopter və 2 ədəd P-18-2 radiolokasiya stansiyası verib.

Qırğızıstana verilmiş hərbi texnikanın dəyəri 770 milyon rubldan (12 milyon ABŞ dolları) artıqdır.

Qeyd edək ki, bu ilin may ayında Rusiya Qırğızıstan Silahlı Qüvvələrinə 2 ədəd Mi-8MT helikopteri, 9 ədəd BRDM-2M zirehli kəşfiyyat-patrul maşını, 2018-ci ildə isə 2 ədəd nəqliyyat təyyarəsi bağışlayıb.