18/11/2017 13:54

Rusiya “Qvozdika” özüyeriyən haubitsaları modernləşdirəcək

Rusiya 122 mm-lik 2S1 “Qvozdika” özüyeriyən haubitsalarını silah arsenalında saxlamaq qərarına gəlib.

“AzeriDefence” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya sovet istehsalı olan “Qvozdika” haubitsalarını müasirləşdirəcək.

Bildirilib ki, “Qvozdika” özüyeriyən haubitsaların Suriyada uğurlu əməliyyatlarından sonra müasirləşdirilməsinə qərar verilib.

““Qvozdika” haubistaları Suriyadakı əməliyyatlar zamanı göstərdiyi çevikliyi, digər özüyeriyən artilleriya sistemləri edə bilməzdilər”, – deyə nəşr Müdafiə Nazirliyinin nümayəndərlərinə istinadən yazıb.

Yaxın vaxtlarda “Qvozdika”ların modernləşdirilməsi və müvafiq sistemlərlə təchiz edilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Haubitsalarının “Uralvaqonzavod” Dövlət Şirkəti tərəfindən modernizə olunacağı planıaşdırılır.

Modernləşmə zamanı haubitsaların atış effektliyinin artırılması üçün avtomatlaşdırılmış idarəetmə sistemi, daha mükəmməl ballistik hesablayıcı nişan kompleksi və s. təchizatı nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, böyük ehtimalnan “Qvozdika” yeni nəqliyyat vasitəsinin şassisi üzərinə inteqrasiya olunacaq.