13/09/2013 07:02

Rusiya S-500 və S-350 zenit-raket kompleksləri üçün tarix verdi

Rusiya S-500 zenit-raket kompleksini silahlanmaya 2017-2018-ci, S-350 “Vityaz” zenit-raket kompleksini isə 2016-cı ildə daxil edəcək. “AzeriDefence”nin xəbərinə görə, bunu “RİA Novosti” agentliyinə Almaz-Antey şirkətinin baş direktoru Vitali Neskoradov bildirib.
V. Neskorodovun sözlərinə görə, S-500 kompleksi 2015-ci ildə hazır olacaq. Bundan sonra 2-3 il sınaqlar keçiriləcək.

Şirkət rəhbərinin onu da əlavə edib ki, S-350 “Vityaz” silahlanmadakı S-300PS və S-300PM (PMU) komplekslərini əvəzləyəcək. Bu sistemin sınaqları 2014-cü ildə yekunlaşdırılacaq. 2015-ci ildən isə seriyalı istehsalına başlanacaq.