12/06/2017 12:23

Rusiya Silahlı Qüvvələrinin səhra geyimində dəyişiklik edilir

Rusiya Müdafiə Nazirliyi Suriyadakı təcrübəsini nəzərə alaraq, hərbçilərin səhra geyimini təkmilləşdirmək qərarına gəlib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Bundan sonra, rus hərbçiləri səhra əməliyyatlarında cibli kitel, özlərini qumdan, həşəratlardan qoruyacaq dizə qədər corab və qum rəngində çəkmələr ilə təchiz olunacaq.

Daha əvvəl, səhra və oxşar şəraitlərdə yalnız qum rəngli uniforma istifadə edən rus hərbçilərinin yeni kamuflyajı boz, çəhrayı və yaşıl rəngli parçalardan hazırlanacaq.

Məlumatda o da qeyd olunub ki, təkmilləşdirilən ilk uniformalar Rusiyanın Suriyadakı “Hmeymim” hərbi bazasının personalı tərəfindən istifadə olunacaq.