28/04/2012 12:00

Rusiya Silahlı Qüvvələrinin rəhbərliyində kadr dəyişikliyi edilib

Rusiya prezideti Dmitri Medvedev Silahlı Qüvvələrdə bir sıra kadr dəyişiklikləri edib. “AzeriDefence”nin Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, D. Medvedyevin əmri ilə Hərbi Hava Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Zelin vəzifəsindən azad edilib.

Bundan başqa D. Medvedyevin imzaladığı sərəncamla Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Valeri Gerasimovu Mərkəz Hərbi Dairəsinin qoşunlarının komandanı, Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Postnikov vəzifəsindən azad edilərək Baş qərargah rəisinin müavini, Mərkəz Hərbi Dairəsinin komandanı vəzifəsindən azad edilmiş general-polkovnik Vladimir Çirkin isə Quru Qoşunlarının komandanı təyin olunub.