11/04/2019 12:30

Rusiya şirkəti Ermənistanda PUA istehsalına başlayır

Rusiyanın “ADA Aerospace” şirkəti Ermənistanın “Pro MAQ” şirkəti ilə birlikdə pilotsuz uçuş aparatları istehsal edəcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“ADA Aerospace” və “Pro MAQ” şirkətlərinin quracağı birgə müəssisədə TRIADA adı verilən konvertoplan tipli PUA-ları istehsal olunacaq. Birgə müəssisədə istehsal olunacaq məhsulların beynəlxalq bazarlara çıxarılması planlaşdırılır. Bununla Rusiya şirkəti TRIADA layihəsi üçün Ermənistana 4,5 milyon dollar investisiya yatırmağı planlaşdırır.

PUA istehsalı iki mərhələdə həyata keçiriləcək və 2020-ci ildə başa çatacaq. TRIADA MK II adlı aparatların ilk partiyası 2019-cu ildə Ermənistanın Fövqəladə Hallar Nazirliyi üçün tədarük ediləcək. İkinci partiyada TRIADA MK III PUA-larının 2020-ci ilin sonuna kimi istehsalının tamamlanması planlaşdırılır.