29/05/2012 17:40

Rusiya Sərhəd Xidmətinin gəmiləri QLONASS peyk naviqasiyaı sisteminə qoşulur

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının bütün gəmiləri QLONASS peyk naviqasiyası sisteminə qoşulur. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İTAR-TASS agentliyi məlumat yayıb.Məlumatda qeyd olunub ki, Rusiya Federasiyası hökumətinin qərarına uyğun olaraq texniki vasitələr və sistemlər, silah nümunələri, sərhəd orqanlarının silahlanmasında olan hərbi və xüsusi texnika mərhələlərlə QLONASS və ya QLONASS/GPS-ın peyk naviqasiya aparatları ilə təchiz edilirlər. QLONASS-ın peyk naviqasiya sistemi bütün sərhəd gözətçi gəmilərində, patrul gəmilərində və gəmi texnikasının başqa nümunələrində tətbiqini tapır.

İTAR-TASS-ın məlumatına görə, hazırda sərhəd orqanlarının gəmi-kater tərkibi inkişaf etdirilir. Sahil mühafizəsi üçün layihələşdirilmiş və müasir tələblərə cavab verən birinci çoxfunksiyalı sərhəd gözətçi gəmisinin tikintisi aparılır.

Ümumilikdə son üç il ərzində Rusiya sahil mühafizəsinin gəmi-kater tərkibinə 90-dan çox vahid qəbul edilib. Hazırda yeni gəmilər və katerlərin payı donnanmada 26%-dən çox təşkil edir.