11/10/2012 12:40

Rusiya Su-25 təyyarəsini yenidən yaradır

Rusiya bu ilin dekabr ayından dərin müasirləşdirilmiş Su-25 hücum təyyarələrinin seriyalı istehsalına başlayacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.İstehsal başlandıqdan sonra təyyarəyə yeni indeks veriləcək. Hansı ki, yeni indeks hələ məlum deyil. Hazırda təyyarə uçuş sınaqlarını yekunlaşdırmaq mərhələsindədir.

Məlumata görə, hücumçu təyyarənin müasirləşdirilmiş yeni versiyasında 2008-ci ildə Gürcüstanla müharibədə qazanılmış təcrübə nəzərə alınıb. Bu müharibədə Rusiya Hərbi Hava Qüvvələri üç ədəd Su-25SM təyyarəsini itirib.

Su-25-in dərin müasirləşdirməsi təyyarənin hər cür hava şəraitində istifadəsinə, həmçinin idarə olunan raketləri tətbiq etməsinə imkan verəcək. Bu halda təyyarə sahədə döyüşlərlə yanaşı rəqibin hava hücumuna qarşı müdafiə sistemi xaricindəki bərkidilmiş obyektlərini belə vura biləcək.

Müasirləşdirilmiş Su-25 “Ekran” şirkətinin istehsalı olan “Vitebsk-25” yeni radio elektron mübarizə kompleksi və tuşlayıcı-naviqasiya kompleksi quraşdırılacaq. Sonuncu X-29 “hava-yer” tipli idarəolunan raketləri və KAB-KR televiziya naviqasiyalı korrektə edilən bombaları istifadə etməyə imkan yaradacaq. Yenilənmiş Su-25 həmçinin minlərlə kilometr uzaqlığa və şifrəli kanallara malik yeni rabitə sistemini alacaq. Bu sistem təyyarəni qoşunların vahid avtomatik idarə sisteminə birləşməsin icazə verəcək. Təyyarə həmçinin müasir GPS-QLONASS qəbuledicisi, yeni elektron-optik termik kamera ilə təchiz olunacaq.