09/11/2017 16:36

Rusiya T-72B3 tanklarını modernləşdirib

Rusiya Müdafiə Nazirliyi və “Uralvaqonzavod” Dövlət Şirkəti arasında T-72B3 tanklarının modernizə edilməsi ilə bağlı imzalanmış uzunmüddətli müqavilə yekunlaşmaq üzrədir.

“AzeriDefence”nin Rusiya mətbuatına istinadən məlumatına görə, modernizə edilmiş T-72B3 tanklarının növbəti partiyası sifarişçiyə göndərilib.

Bildirilib ki, Modernləşdirilmiş Т-72B3 tankı effektiv əsas döyüş tanklarının ən yaxşı nümunələrinə qarşı durmağa qadirdır.

Tank xarakteristikasının dərin müasirləşdirməsi nəticəsində ən müasir tələblərə cavab verir. Modernizə edilmiş T-72B3 tankları tam komplektləşdirilib. Texnikanın atış gücü iki dəfə artıb.

Т-72B3 tankı 1130 at gücündə daha güclü mühərriklə təchiz edilib. Həmçinin texnikanın silah kompleksi təkmilləşdirilib. Müasirləşdirilərkən döyüş texnikasının daxilində ekran quraşdırılıb ki, bu da tankın arxasında yerləşdirilən kamera üçün nəzərdə tutulub.