26/02/2019 16:50

Rusiya Tacikistana hərbi yardım edib

Rusiya Tacikistana pulsuz olaraq 9 milyon ABŞ dolları dəyərində hava hücumundan müdafiə vasitələri, o cümlədən radiolokasiya stansiyaları tədarük edib.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hərbi təyinatlı məhsulun çatdırılması Tacikistan Silahlı Qüvvələrinin müasirləşdirilməsi proqramı çərçivəsində həyata keçirilir.

Məlumatda o da qeyd olunub ki, hərbi yardım Mərkəzi-Asiya regionunda Rusiya və Tacikistan sərhədlərinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Bildirlib ki, bununla Tacikistan Silahlı Qüvvələrinin müdafiə potensialı yüksəldiləcək və Tacikistanın hava məkanının terror təhlükəsinin istənilən təzahürlərindən müdafiəsinə imkan yaradılacaq.