10/04/2013 07:18

Rusiya və Braziliya “Parana” adlı zenit-raket kompleksi hazırlayacaq

Rio-de-Janeyroda keçirilən LAAD-2013 hərbi sərgisində Rusiya və Braziliya “Parana” perspektivli zenit-raket kompleksinin birgə hazırlaması imkanlarını müzakirə edəcəklər. “AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya mediasına “Rosoboroneksport” şirkətinin nümayəndəsi bildirib.

Braziliya Rusiya istehsalının Hava Hücumundan Müdafiəsinin sistemlərinə böyük marağı göstərir. İndiyə qədər “Parana” sistemi haqqında heç bir təfərrüat açıqlanmayıb.

LAAD-2013 sərgisində Rusiya 200-dən çox silah və hərbi texnikanın nümunəsini təqdim edir.