13/02/2013 06:58

Rusiya və Qazaxıstan pilotsuz uçuş aparatı istehsal edəcək

Rusiya və Qazaxıstan “Ptero-SM” tipli pilotsuz uçuş aparatını birgə istehsal etməyi planlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Pilotsuz aparatı hazırlamış Rusiyanın “AFM-Servers” şirkətinin direktoru Əmir Vəliyevin sözlərinə görə, Qazaxıstanda rabitə və IT ilə məşğul olan böyük şirkətlərdən biri kompleksə maraq göstərib. Həmin şirkətlə niyyət protokolu imzalanıb.

“Ptero-SM” tipli PUA bir daxili yanma mühərriki ilə təchiz edilib və 300 uçuş-enmə üçün hesablanıb. Çəkisi 20 kq təşkil edən PUA-nın faydalı yükü 5 kq-a qədər, praktik tavanı 3000 metrdir.