12/05/2017 13:42

Rusiya və ABŞ hərbi təyyarələri qarşı-qarşıya – GƏRGİNLİK

Mayın 9-da Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ Hərbi Dəniz Qüvvələri kəşfiyyat təyyarəsinin yeddi metr yaxınlığından uçub.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin nümayəndəsi Pamela Kunsenin mediaya açıqlamasında bildirib ki, Rusiya döyüş təyyarəsi Su-27 P-8A Poseidon-a yaxınlaşanda, Amerika təyyarəsi Qara dənizin üstündə beynəlxalq hava məkanında verilən tapşırığı yerinə yetirib.

Onun sözlərinə görə, Amerika təyyarəsinin komandiri  uçuşunu təhlükəsiz yekunlaşmasına nail olub.

Məlumatda həmiçinin o da qeyd olunub ki, əvvəllər də belə hadisələr baş verib, lakin təyyarələr arasında məsafə çox olub.

O, Rusiya pilotunu qeyri-profesionallıqda ittiham edib.

Rusiya isə hadisəyə münasibət bildirməyib.