08/10/2018 15:05

Rusiya və Azərbaycan döyüş sursatlarının istehsalı sahəsində əməkdaşlıq edəcək

Rusiya və Azərbaycan döyüş sursatlarının istehsalı sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

Bu barədə “AzeriDefence”yə Rusiyanın “Texmaş” Konsernindən məlumat verilib.

Bakıda keçirilmiş ADEX-2018 beynəlxalq müdafiə sərgisi çərçivəsində “Texmaş” Konserninə daxil olan müəssisələrin nümayəndələri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” zavoduna səfər edərək orada döyüş suratlarının istehsal prosesi ilə tanış olublar.

“Heyət üzvləri Azərbaycan tərəfi ilə danışıqlar apararaq, oktyabr ayında Kazan şəhərində keçiriləcək Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə daxil ediləcək komponentlərin tədarükü üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər”, – deyə Konserndən bildirilib.

Azərbaycan nümayəndə heyəti də öz növbəsində “Texmaş” Konserninə məxsus müəssisələri ziyarət etməyi planlaşdırır.