12/09/2017 12:45

Rusiya və Türkiyə arasında “S-400” ZRK-ya dair müqavilə imzalanıb və icrasına başlanılıb

Türkiyə və Rusiya arasında “S-400” zenit-raket kompleksinin (ZRK) alğı-satqısı dair müqavilə imzalanıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Qazaxıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

R.Ərdoğan qeyd edib ki, “S-400” ZRK ilə bağlı artıq Rusiyaya avans da ödənilib.

Türkiyə prezidenti NATO radarları ilə Rusiyadan alınacaq kompleksin bir-birinə uyğun gəlməyəcəyi bardə KİV-də yayılan məlumatalara münasibət bildirib: “Bu qərarı müstəqilliyimizə uyğun şəkildə qəbul edəcəyik. Ölkəmizin müdafiəsi və təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq”.

Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib ki, müqavilənin icrası istiqamətində hazırlıq gedir: “S-400” mürəkkəb sistemlərdəndir. Onun texniki vasitələrinin yığılması üçün müəyyən zaman tələb olunur. Müqaviləyə əsasən qəbul edilən bütün qərarların streteji maraqlarımıza uyğun gəlməsinə tam təminat verə bilərəm. Qərb dövlətlərinin bununla bağlı Türkiyəyə təzyiqlər etməsi isə tam başa düşüləndir”.