22/08/2017 18:15

“Rusiya Vertolyotları” şirkəti ilk Mİ-28UB helikopterini istehsal edib

“Rusiya Vertolyotları” şirkəti Rusiya Müdafiə Nazirliyi üçün ilk Mİ-28UB “Night Hunter” (Gecə Ovçusu) təlim-döyüş helikopterini istehsal edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Rostex” Dövlət Şirkətinin yaydığı məlumatda bildirilib.

Mİ-28UB təlim-döyüş helikopterlərinin seriyalı istehsalına 2016-ci ildə şirkətin Rostovdakı zavodunda başlanılıb. “Rusiya Vertolyotları” şirkəti 2017-ci ilin sonuna qədər 8 ədəd “Night Hunter” helikopterlərini Rusiya Ordusuna təhvil verməyi planlaşdırır.

Mi-28UB ikiqat idarəetmə dəstinin tətbiq edildiyi xüsusi helikopterdir. Bu helikopter özündə zərbə helikopterinin bütün funksiyalarını saxlayır. Bu helikopteri həm pilotun kabinəsindən, həm də təlimatçı funksiyalarını yerinə yetirən pilot-operatorun kabinəsindən idarə etmək mümkündür.

Mİ-28UB-nin sahib olduğu aviyonika və rabitə sistemləri helikopterin təhlükəsizliyini, etibarlılığını və performans xüsusiyyətlərini artırır.