30/08/2017 13:52

Rusiya “Vityaz” S-350 zenit-raket kompleksinin dövlət sınaqlarını yekunlaşdırır

Rusiya yeni “Vityaz” S-350 zenit-raket kompleksinin (ZRK) dövlət sınaqlarını bu ilin sonuna qədər başa çatdıracaq.

“AzeriDefence” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Almaz-Antey” şirkətinin direktor müavini Vyaçeslav Dzirkaln bildirib.

Direktor müavini qeyd edib ki, Rusiya Cənubi Koreya ilə birgə istehsal edəcəyi “Vityaz” S-350 ZRK-nı 2018-ci ildən xarici sifarişçilərə təklif edə biləcək. Bildirilib ki, yeni sistem analoqlarından fərqli olaraq daha yığcam və ucuz olması ilə yanaşı S-400 və S-300 zenit-raket komplekslərinin bütün imkanlarına sahibdir.

Vyaçeslav Dzirkaln S-350 ZRK-nın yaradılmasında Cənubi Koreyanın RM-SAM zenit raket kompleksinin təcrübəsindən istifadə edildiyini vurğulayıb. S-350 ZRK mühüm əhəmiyyətli obyektlərin – qərargah, müəssisə, inzibati mərkəzlərin və s. hava hücumundan müdafiəsini təmin etmək üçün nəzərdə tutulub.

5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilən S-350 ZRK aerodinamik hədəfləri, təyyarələri və ya qanadlı raketləri 60 kilometrə qədər məsafədə və 10 metrdən 30 kilometrə qədər hündürlükdə məhvetmə qabiliyyətindədir. Bundan başqa, yeni kompleks ballistik raketləri 25 km-ə qədər 30 km hündürlükdə məhv edə bilir.

Bir kompleks 12 raketlə təchiz olunur, bir divizion 8 kompleks ilə silhalandırıla bilir. “Vityaz” S-350 zenit-raket kompleksinin heyəti 3 nəfərdir.