08/11/2017 12:56

Rusiya Vyetnama T-90S və T-90SK tanklarının tədarükünə başlayıb

Rusiya və Vyetnam arasında imzalanan müqavilə əsasında T-90S və T-90SK tanklarının çatdırılma prosesi başlayıb.

“AzeriDefence” xəbər verir ki, bunu Taylandda keçirilən beynəlxalq sərgidə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Mixail Petuxov deyib.

Bundan əvvəl Rusiyanın “Uralvaqonzavod” Dövlət Şirkətinin illik hesabatında bildirilib ki, 2017-ci ildə Vyetnama 64 ədəd T-90S və T-90SK tanklarının tədarükü nəzərdə tutulub.

M.Petuxov qeyd edib ki, Vyetnam hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın əsas partnyorlarından biridir. Onun sözlərinə görə, Rusiya həmçinin Vyetnamla S-400 zenit-raket komplekslərini müzakirə edir: “Vyetnam tərəfiylə çatdırmalar, təmir və zenit-raket sistemlərinin müasirləşdirmələri və digər məsələlər üzrə dialoq aparılır”.