31/03/2016 09:44

Rusiya Xəzərdə uzaqmənzilli raketlərin atışını keçirib

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması uzaqmənzilli raket komplekslərindən istifadə etməkdə təlim həyata keçirib.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, təlimdə “Kalibr-NK” raket kompleksindən istifadə olunub.

Təlimlərə raketdaşıyan “Dağıstan”, “Volqodonsk” və “Maxaçqala”, o cümlədən kiçik artilleriya gəmisi olan “Şmel” cəlb olunub.

Qarşıya qoyulan şərti tapşırığın həyata keçirilməsi üçün digər köməkçi kater və gəmilərdən də istifadə edilib.