28/09/2012 09:31

Rusiya Xəzər dənizinə daha bir yeni gəmi gətirir

Gələn ilin başlanğıcında dövlət sınaqlarının keçirilməsi üçün “Qrad Sviyajsk” seriyalı yeni artilleriya gəmisi Rusiyanın Xəzər flotiliyasına daxil ediləcək. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Flotiliyada gəminin qəbuluna hazırlıq tədbirləri görülür. Dövlət sınaqlarının qrafiki tərtib edilir, ekipajı yığılır.

Çoxməqsədli çay-dəniz sinfli Qrad Sviyajsk layihəli gəmilərin inşasına 2010-cu ilin avqust ayında “A.M.Qorki adına Zelenodolski lahiyə-konstruktor bürosu” ASC-də başlanıb. Gəmilər ən müasir artilleriya, raket, zenit silahları, anti-diversiya və radiotexnika nümunələri ilə təchiz edilib. Gəminin silahlanmasına həmçinin böyük uzaqlığa malik Kalibr-NK yeni universal raket kompleksi daxildir.