02/08/2013 07:28

Rusiya Xəzər dənizinə yeni hərbi gəmi daxil edir

Yaxın vaxtlarda Rusiya Xəzər flotiliyasının döyüş tərkibinə yeni çoxməqsədli, yüksək sürətli kater daxil edəcək. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə nazirliyinə istinadən məlumat verib.

Avqustun birinci yarısında Xəzər dənizinə daxil olacaq “Qraçonok” anti-diversiya kateri avqustun sonuna kimi Xəzər dənizində hərəkət və dövlət sınaqlarının bütün mərhələlərini keçəcək. Bundan sonra kater gəmi birləşməsinin tərkibinə qəbul ediləcək.