30/06/2015 11:19

Rusiya yeni aviadaşıyıcı tikəcək

Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni aviadaşıyıcının tikintisinə 2025-ci ildə başlanılacaq.

“AzeriDefence”nin məlumatına görə, Rusiya mediası hərbi qurumlara istinadən bildirir ki, aviadaşıyıcının tikintisi ilə bağlı layihələndirmə işləri daim təkmilləşdirilir. Hazırda layihə təkmilləşmə mərhələsində olduğundan yaxın 10 il ərzində tikintiyə başlanılacağını indidən demək tezdir.

Qurumdan o da qeyd olunub ki, aviadaşıyıcının tikintisinin bu qədər gecikməsinə səbəb Hərbi Dəniz Qüvvələrinin tələblərinin çox olmasıdır.

Xatırladaq ki, hazırda Rusiya Hərbi Dəniz Qüvvələrinin istismarında “Admiral Kuznetsov” adlı bir aviadaşıyıcı var. Bu da 1991-ci ildən flotun istifadəsinə verilib.