08/01/2018 12:14

Rusiya yeni aviasiya bombasının sınaqlarını yekunlaşdırır

Rusiya 500 kiloqram çəkiyə malik ən yeni aviasiya bombasını – “Drel”i silahlanmaya qəbul edəcək.

“AzeriDefence” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu “Texmaş” Konserninin baş direktoru Vladimir Lepin bildirib.

Lepinin sözlərinə görə, bombanın dövlət sınaqları 2016-ci ildə başlanılıb:

“Sınaqlar sifarişçinin (RF Müdafiə Nazirliyi) proqramına uyğun olaraq həyata keçirilir və 2018-ci ildə uğurla başa çatdırılmalıdır”, – deyə müəssisə rəhbəri vurğulayıb.

Ötən ilin avqust ayında “Texmaş” Konsernindən bildiriblər ki, “Drel” aviasiya bombası onlarla kilometr ərazini dağıda və ağır texnikanı zərərsizləşdirə bilər.

“Bir bomba atışı ilə rəqibin tank dəstəsi məhv edilə bilər. Bombanın atılması üçün rəqibin hava hücumundan müdafiə zonasına təyyarə ilə daxil olmaq lazım deyil. Çünki aerodinmaik xararteristika hesabına on kilometrlərlə məsafədən atıla bilər”, – “Texmaş” konserninin birinci müavini Vladimir Tixonov deyib.