07/03/2018 14:00

Rusiya yeni döyüş robotlarını test edib

Rusiyanın “Kalaşnikov” Konserni yeni “Soratnik” və “Naxlebnik” döyüş robotlarının sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” “RİA Novosti” agentliyinə istinadən məlumat verib.

Moskva yaxınlığında yerləşən poliqonda keçirilən təlim-test zamanı həmçinin “Vityaz” pulemyot-tapançası, “Qrup 99” hərbi geyim və ləvazimatları, xüsusi təyinatlı qüvvələr üçün motosikletlər, PPDU döyüş modulu sınaqdan keçirilib.

Yayılan görüntülərdə döyüş robotu şərti düşmən sığınacağını məhv edir, sonra yeni döyüş təchizatlı hərbçilər hücuma keçirlər.

Qeyd edək ki, “Kalaşnikov” Konserni ilk dəfə “Armiya -2016” forumunda “Sorantik” döyüş robotunu nümayiş etdirib. Bundan bir müddətdən sonra isə şirkətin baş direktoru Aleksey Krivoruçko “Naxlebnik” döyüş robotunun yaradılması haqqında bildirib.