31/08/2017 16:00

Rusiya yeni kasetli aviasiya bombası hazırlayıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Texmaş” konserni yeni kasetli avasiya bombası təqdim edib.

“AzeriDefence”nin “Rostex”in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, yeni PBK-500U SPBE-K indeksli kasetli bomba “Ordu-2017” forumu çərçivəsində “Texmaş” konsernin stendidə nümayiş etdirilib.

Avtomatik tuşlama sistemiylə təchiz edilən kasetli döyüş sursatı özü hədəfi seçir və onu müəyyən edir.

“Texmaş” konserninin baş direktorunun birinci müavini Vladimir Tixonov bildirib ki, yeni kasetli döyüş sursatı müasir texnologiya əsasında hasırlanıb və yüksək dəqiqlik tədbiq edən bombadır.

Kasetli bombaya hədəflərin konkret növləri proqramlaşdırılıb – vətəndaş hədəflənməsi istisna olmaqla zirehli texnika, raket və artilleriya qurğularının məhv edilməsi nəzərdə tutulub.

Vladimir Tixonov qeyd edib ki, bombanın hədəfə atılması üçün rəqibin hava hücumundan müdafiə zonasına girilməsinə ehtiyac yoxdur. Belə ki, yeni kasetli bomba aerodinamik xarakteristikalarının hesabına atılmanın hündürlüyündən aslı olaraq onlarla kilometr məsafəni qət edə bilir.