07/01/2019 10:40

Rusiya yeni tapançanın sınaqlarını yekunlaşdırıb

Rusiyanın Dəqiq Maşınqayırma Mərkəzi Elmi-Tədqiqat İnstitutu (SNİİTOÇMAŞ) 9×21 mm çaplı patronlarla atəş açacaq perspektiv tapançanın sınaqlarını başa çatdırıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Rostex” Dövlət Korporasiyası məlumat yayıb.

Testlər 2018-ci ilin avqust ayında SNİİTOÇMAŞ-ın sınaq bazasında keçirilib. Sınaqlarda tapançanın iqlim və mexaniki təsirlərə davamlılığı, habelə sifarişçinin normativ-texniki sənədlərinə uyğunluğu yoxlanılıb. Ballistik xüsusiyyətləri tədqiq olunub.

Sınaqlar zamanı tapança +50, -70 dərəcə Selsi temperaturlarda işlədiyi müəyyən edilib.

Müəssisə bildirir ki, yeni silah güc strukturlarında 1951-ci ildən istifadə olunan “Makarov” tapançalarını əvəz edə bilər.