10/01/2017 15:06

Rusiya yeni uzaqmənzilli taktik raketin sınaqlarını keçirib

raketa

Rusiya yeni uzaqmənzilli operativ-taktik raketinin sınaqlarını həyata keçirib.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, “Obyekt-4204” şərti adlı raket Kamçatkada yerləşən “Yasnıy” poliqonundan atılıb.

Raket bir neçə min kilometr məsafəni qısa müddətdə qət edərək hədəfə zərbə endirib.

Bildirilir ki, qeyd olunan ərazidən Böyük Britaniyaya raketin uçuş vaxtı 13 dəqiqə civarındadır.

Mütəxəssislərin sözlərinə görə, rəqib ölkələrin, xüsusilə də ABŞ-ın RLS-ləri tərəfindən aşkar olunmasına maneə yaradılması üçün raket müasir sistemlə təchiz edilib.

Raketin texniki xarakteriskası haqda isə ətraflı məlumat verilməyib.

 

Xəbər Lenti