31/08/2018 16:19

Rusiyada hərbi zavodda partlayış baş verib, ölənlər var

Rusiyanın Nijeqorod vilayətində yerləşən Sverdlov hərbi zavodunda partlayış baş verib.

“AzeriDefence” TASS agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, texnoloji proses zamanı baş verən partlayış zamanı 3 nəfər ölüb. Digər üç nəfərin isə taleyi məlum deyil.

Bundan başqa hadisə zamanı daha 4 nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Bildirilib ki, hadisəyə səbəb sexlərdən birində ammonal maddəsinin partlaması ilə əlaqədardır.

İlkin səbəb kimi texnoloji prosesin pozulması göstərilir. Partlayışdan sonra yanğın baş verib. Yanğın təxminən 100 kv metr ərazini əhatə edib. Hadisə yerində yanğınsöndürənlər işlərini davam etdirir. Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini müəyyən etməyə çalışırlar.