20/04/2017 14:44

Rusiyada insanabənzər döyüşçü robot yaradılıb

Rusiya Mühəndislik və Araşdırma Mərkəzi tərəfindən yaradılan “Fedor” adlı döyüş robotunu təkmilləşdirir.

Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.

Rusiya alimlərinin öz intellektual imkanları hesabına yaradılan “Fedor” hazırda iki əllə atəş açmağı, məişət işləri və idman hərəkətlərini yerinə yetirməyi bacarır.

Döyüş yerlərində kömək göstərmək və ilk yardım edə bilməsi üçün hazırlanan robot android işlətmə mexanizmasına malikdir.

İnsan kimi hərəkət edə bilən robota quraşdırılan atəşaçma bacarığının özünü qoruya bilməsi üçün olduğu deyilib.

Gələcəkdə “Fedor” robotunu “Federasiya” adlı yeni gəmiylə kosmosa göndərilməsi planlaşdırılıb. Bunun üçün robotun təkmilləşdirilməsi prosesi həyata keçirilir.

Konstruktorlar robotun sərbəst qərarlar qəbul etməsinə icazə verəcək proqram təminatı üzərində işləyirlər.

Rusiya baş nazirin müavini, Hərbi-Sənaye Kompleksi Müşahidə Şurasının sədri Dmitri Roqozin öz “Twitter” səhifəsində yazıb ki, “Fedor” robotunun yaradılmasında əsas məqsəd müxtəlif sferalarda böyük praktiki mənaya malik süni intellektə nail olmaqdır.

Döyüş robot texnikasının intellektual maşınların qurulması üçün “açar” olduğunu bildirən D. Roqozin qeyd edib ki, bu xüsusiylə aviasiya və kosmik kimi sahələrə aiddir.