23/06/2017 16:40

Rusiyada məcburi hərbi xidmətdə son yaş həddi artırılır

Rusiya prezidenti Vladimir Putin məcburi hərbi xidmətdə olmanın son yaş həddinin artılması haqqında məsələyə baxmağı tapşırıb.

“AzeriDefence”nin “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, “canlı bağlant”ının nəticələrinə əsasən verilən tapşırıqların tam siyahısı ölkə başçısının saytında dərc olunacaq.

Xatırladaq ki, Vladimir Putin “canlı bağlantı” zamanı suallara cavab verərkən bildirib ki, zabitlərin də son xidmət müddətinin artımı məsələsi müsbət həll oluna bilər.

Prezident məsələ ilə bağlı tapşırığında qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi və Federal icra hakimiyyəti orqanları ilə birgə hərbi xidmətdə olmanın son yaş həddinin artırılması barədə məsələ ilə əlaqədar təklifləri təqdim etsinlər.

Məsələ ilə bağlı hesabat cari ilin dekabrın 20-dək prezidentə verilməlidir. Tapşırıqların icra olunmasında məsul şəxs müdafiə naziri Sergey Şoyqudur.