21/04/2017 15:02

Rusiyada yeni nəsil raketin yaradılmasına başlanılıb

Rusiyada hipersəsli silahın yaradılması işlərinə başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Dimitriy Raqozin yerli mediaya müsahibəsində deyib.

Onun sözlərinə görə, “Çirkon” hipersəsli qanadlı raketin imkanları ABŞ Ordusunun analoji silahından texniki xarakteriskasına görə geri qalmayacaq.

D.Raqozin raketin texniki xüsusiyyətləri və istehsalçı müəssisə haqda danışmasa da işlərin ilkin mərhələsinin arxada qaldığını söyləyib.

Baş nazirin müavini bu silahın yaradılmasını Rusiya müdafiə sənayesində yeni eranın başlanğıcı kimi dəyərləndirib.

Məlumatda o da qeyd olunub ki, yeni silah ordunun istismarına 2025-ci ilə qədər verilə bilər. Artıq bununla bağlı müvafiq dövlət proqramı da təsdiq olunub.