14/04/2017 14:25

Rusiyada yeni uzaqmənzilli döyüş təyyarəsi yaradılır

Rusiya uzaqmənzilli aviasiya parkını yeni döyüş təyyarəsi ilə gücləndirməyi planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, TASS informasiya agentliyinə açıqlama verən Rusiya müdafiə sənayesi kompleksindəki mənbə deyib ki, PAK DA şərti adı ilə yaradılma işlərinə başlanılan təyyarənin 2020-ci istehsal prosesinin bitəcəyi qənaətindədir.

Artıq istehsal prosesinə başlanılması ilə bağlı aidiyyatı qurumlar arasında saziş imzalanıb.

Onun sözlərinə görə, təyyarənin yaradılması prosesinin ilkin mərhələsinə yekun vurulub. Yəni təyyarənin konstruksiya işləri 2016-cı ildə yekunlaşıb. Hazırda işlərin ikinci mərhələsinə start verilib. Bu məqsədlə də Birləşmiş Aviatikinti Korporasiyası ilə müqavilə imzalanıb.
Məlumatda o da qeyd olunub ki, hazırda Rusiya Kosmik Qüvvələrinin istismarında olan uzaqmənzilli döyüş təyyarələri “Tupolev” müəssisəsinin istehsalıdır.