16/01/2013 10:25

Rusiyada yığılan ilk AW139 tipli helikopterin sınaqları yekunlaşıb

Rusiya Helikopterləri və İtaliyanın AgustaWestland şirkətinin birgə müəssisəsi olan HeliVert şirkətində yığılmış ilk AW139 tipli helikopterin sınaqları yekunlaşıb. Bu barədə “AzeriDefence”yə Rusiya Helikopterləri şirkətindən məlumat verilib.

Helikopter yerüstü və uçuş sınaqlarını uğurla tamamlayıb. Ümumilikdə 37 dəqiqəlik uçuş ərzində AW139 Rusiyanın aviasiya qurumu tərəfindən təsdiq edilmiş metodikalar üzrə lazımlı test prosedurlarını müvəffəqiyyətlə keçib.

HeliVert şirkətində yığılmış ikinci helikopterin 2013-cü ilin fevralında sınaqlara hazır olacağı gözlənilir. Müəssisə ildə 15-20 helikopter buraxa biləcək.