18/05/2017 17:45

Rusiyadan alınan silahlara görə əlavə dəyər vergisi alınmayacaq

Ermənistan Rusiyadan silah idxalı prosesini asanlaşdırır.

“AzeriDefence” erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın maliyyə naziri Vardan Aramyan bildirib ki, bununla bağlı qanun layihəsi hökumətin bu gün keçirilən iclasında dəstəklənib.

Onun sözlərinə görə, qanun yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsinə şamil olunur.

“Qanun dövlətlərarası müqavilə çərçivəsində, Rusiyadan alınacaq müdafiə təyinatlı məhsullara şamil edilir. Belə ki, məhsula ƏDV tətbiq edilməyəcək ki, bu da öz növbəsində idxalı asanlaşdıracaq”, – deyə V.Aramyan əlavə edib.