08/02/2018 16:00

Rusiyadan alınmış hərbi texnikalar silahlanmaya daxil edilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən alınmış hərbi texnikanın bir hissəsi Azərbaycan Ordusunun silahlanmasına daxil edilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.

Qeyd edək ki, Azərbaycanın sifariş verdiyi BTR-82A zirehli transportyorların növbəti partiyası bu yaxınlarda ölkəyə gətirilib.