13/02/2013 06:59

Rusiyanın cənubdakı qoşunları “Abşeronsk-2015” adlı yeni kompleksi öyrənir

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin topoqrafları “Abşeronsk-2015” adlı yeni rəqəmsal informasiya kompleksini öyrənir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Yeni sistemin detalları barədə məlumat verilməsə də, onun qoşunların real vaxt rejimində yer haqqında informasiya ilə təmin edilməsinə imkan verəcəyi bildirilib.

Qeyd edək ki, hazırda Cənub Hərbi Dairəsi “Violit-M” geoməlumat modelləşdirmə kompleksləri, “Volınets” hərəkətli rəqəmli topoqrafiya sistemi, “Tompak” hərəkətli naviqasiya-geodeziya kompleksinə malikdir.