11/04/2013 07:05

Rusiyanın cənubdakı qoşunları yeni kəşfiyyat stansiyaları alıb

Rusiyanın cənubda – Şimali Qafqazda yerləşən hərbi hissələrinin kəşfiyyatçıları yeni sistemlə təchiz olunublar. “AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin kəşfiyyatçılarının istifadəsinə verilmiş “Fara-1” adlı yeni portativ radiolokasiya stansiyasının çöl sınaqlarına başlanıb.

Yeni stansiyanın hədəfinin təyini uzaqlığı sələfi “Fara”dan iki dəfə böyükdür.

Sistem optik görünüş olmayan şəraitdə yerin və suyun üzərində insanları və texnikanı tanımağa, həmçinin səs siqnalının xarakteri üzrə hədəfin tipini tanımağa imkan verir.