11/01/2016 23:36

Rusiyanın Ermənistana göndərdiyi yeni PUA – taktiki texniki göstəricilər

Rusiya Ermənistandakı hərbi bazasını “Taxion” pilotsuz uçuş aparatı ilə təchiz edib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Gümrü şəhərində yerləşən 102-ci hərbi bazanın inventarına daxil olan “Taxion” PUA-larının sayı açıqlanmayıb.

“Taxion” PUA “İjmaş – Pilotsuz sistemlər” müəssisəsi tərəfindən istehsal edilib. PUA gecə və gündüz kəşfiyyatın aparılması üçün nəzərdə tutulur. Bir “Taxion” kompleksinə termal kamera (yaxud infraqırmızı kamera), fotokamera ilə təchiz olunmuş 2 ədəd PUA, yerüstü idarəetmə stansiyası və katapult daxildir. PUA-nın uçuş startı katapultadan, enmə zamanı isə paraşütdən istifadə edilir.

“Taxion” PUA-nın uçuş müddəti 6 saatdır. PUA yanacaqla işləyən elektrik mühərrikinə sahibdir. Elektrikin alınması sıxılmış hidrogenin atmosferdəki oksigenlə reaksiyası vasitəsi ilə təmin olunur. Aparat xüsusi olaraq ağır iqlim şəraitində tətbiq üçün hazırlanıb.

Gecə və gündüz, əlverişsiz şərtlərdə 40 kilometrə qədər uzaqlıqda, dəniz səviyyəsindən 4 min metr yüksəklikdə hava kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş “Taxion” istehsalçı müəssisənin açıqladığı məlumata görə, 15 metr/saniyəyə qədər küləyin sürətində havada qalmağı bacarır.

Taktiki-texniki xüsusiyyətləri

Uçuş çəkisi -25 kq
Uzunluğu – 610 mm
Çəkisi – 5 kq
Uçuş sürəti – 120 km/saat (maksimal)
Kreyser sürəti – 65 km/saat
Uşuş hündürlüyü – 4000 metr
Uçuş müddəti – 50 dəq (minimum) – 2 saat
Hərəkət radiusu – 40 km

TAHION_TM-2014_01

tax1