11/09/2017 12:03

Rusiyanın Ermənistana verdiyi “İsgəndər-E” raketləri “İsgəndər-M” ilə əvəzlənə bilər

Rusiya Ermənistandakı “İsgəndər-E” operativ-taktiki raket kompleksini “İsgəndər-M” ilə dəyişə bilər.

“AzerDefence” xəbər verir ki, bu haqda məlumatı “Razm” saytı yayıb.

Qeyd edək ki, Rusiya Stavropol və Həştərxanda “İsgəndər” raket komplekslərinin təlimlərinin keçirilməsi ilə bağlı xəbərlər dərc olunduqdan sonra Ermənistan mətbuatında “İsgəndər” raket komplekslərinin dəyişdirilməsi ilə bağlı xəbərlər dərc olunub.

Xəbərdə həmçinin bildirilir ki, Rusiyanın “İsgəndər” operativ-taktiki raket kompleksi ilə təchiz etdiyi yeganə ölkə Ermənistandır. “İsgəndər-E” raket kompleksi 280 km məsafədə olan hədəfləri vura bilir.

Məlumatlara görə, “İsgəndər-E” kompleksi Rusiya ilə Ermənistan arasında hərbi texnika və silah-sursatın alğı-satqısına dair 200 milyon ABŞ dolları həcmində kredit razılaşması əsasında ermənilərə verilib.