18/10/2017 00:30

Rusiyanın Ermənistanda yerləşən hərbi bazası təlimlərə başlayıb

Rusiya Cənub hərbi dairəsinin (CHD) Ermənistanda yerləşdirilən hava hücumundan müdafiə bölmələri təlimlərə başlayıb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, təlimlər Həştərxan yaxınlığındakı Kapustin-Yar poliqonunda keçiriləcək. Təlimə 150-dən çox hərbi qulluqçu və təxminən 50 hərbi texnika cəlb olunub.

Bir həftə ərzində hərbi qulluqçular döyüşə hazırlıq səviyyəsi üzrə praktiki və nəzəri məşqlər aparacaq.

Rusiyanın Ermənistandakı hərbi bazasının zenitçiləri təlim çərçivəsində S-300V zenit-raket kompleksindən (ZRK) yaxın və uzaq məsafədə və hündürlükdə şərti rəqibin hava hədəflərini məhv etməyi icra edəcək.