27/10/2015 12:15

Rusiyanın Ermənistandakı hərbi bazası yeni rabitə sistemləri alıb

Rusiya bu il Ermənistandakı 102-ci bazasının istifadəsinə yeni rabitə vasitələri daxil edib.

Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Məlumatda qeyd olunub ki, 2015-ci ildə hərbi baza “Auriqa-1,2V”, “Belozer” və R-441UV “Liven” rabitə sistemləri alıb.

Hazırda hərbi bazanın şəxsi heyəti həmin sistemlərin istifadə qaydalarını mənimsəyirlər.