28/03/2016 12:35

Rusiyanın hərbi gəmiləri Çin mühərriki ilə işləyəcək

Rusiyanın “Buyan-M” seriyalı raketdaşıyan gəmiləri Çin istehsalı olan dizel mühərriklərlə təchiz olunacaqlar.

“AzeriDefence”nin məlumatına görə, Rusiyaya qarşı qərbin tətbiq etdiyi sanksiyalar müdafiə sənayesi sektorunda da özünü göstərib. Bir neçə il əvvəl Rusiyanın “Buyan-M” seriyalı raketdaşıyan gəmilərinin Almaniya istehsalı olan MTU 16V4000M90 dizel mühərrikləri ilə təchiz olunacağına dair razılaşma ləğv edilib.

Bu səbəbdən də Rusya Hərbi Dəniz Qüvvələrinin Zelenodolskdakı müəssisəsi Çin müəhərrikinin alınması təklifi ilə çıxış edib.

Adıçəkilən tip gəmilər üçün 20 silindirli, 3200 kVt-lıq “CHD622V20″ sinifinə aid müəhərriklər təklif olunub. Mühərrikləri Çinin ” Сhina Shipbuilding Industry Corporation” Dövlət Gəmiqayırma Şirkətinə daxil olan “Henan Diesel Engine Industry” şirkəti istehsal edəcək.