30/12/2017 13:05

Rusiyanın müasirləşdirilən Su-27SM3 təyyarələri silahlanmaya qəbul edilib

Rusiyanın Su-27SM3 versiyalı döyüş təyyarələrinin ilk partiyasının modernləşdirmə işləri başa çatıb.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin sifarişi əsasında müasirləşdirilən 2 ədəd Su-27SM3 döyüş təyyarəsi Hərbi-Kosmik Qüvvələrinə (HKQ) təhvil verilib.

Su-27SM3 döyüş təyyarələri yeni uzaqdan idarəetmə sistemi ilə təchiz olunub. “Postskriptum” adlanan avtomatlaşdırılmış sistemin köməkliyi ilə təyyarə qanadlı raketləri, pilotsuz uçuş aparatlarını (PUA) və bir neçə yüz km məsafədə olan düşmən təyyarələrini “görmək” imkanına malik olacaq.

Yeniliyin ən mühüm məqamlarından biri də odur ki, pilotun iştirakı olmadan belə həmin sistem işə düşür və adıçəkilən düşmən obyektləri aşkarlaya bilir.