07/06/2018 16:39

Rusiyanın müdafiə nazirinin əl işləri sərgiləndi – FOTOLAR

Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun ilk dəfə olaraq əl işlərindən ibarət sərgisi açılıb.

“AzeriDefence”nin məlumatın görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və MDB iştirakçı dövlətlərin digər müdafiə nazirləri sərginin açılışında iştirak ediblər.

S.Şoyqunun ağacdan hazırladığı müxtəlif eksponatlar, o cümlədən rəsm əsərləri sərgi iştirakçılarının marağına səbəb olub. Bununla ordu generalı S.Şoyqunun bədii yaradılıcılıqla məşğul olması ilk dəfə üzə çıxıb.

Mediyada yayılan məlumatlara görə, S.Şoyqu soyuq silahlardan ibarət böyük koleksiyaya malikdir. Eyni zamanda onun bəslədiyi çox sayda mahnılar rusiyalı müğənlilər tərəfindən səsləndirilir. Müdafiə naziri bir necə xarici dildə universal danışmağı bacarır.

Qeyd edək ki, S.Şoyqu 1955-ci il may ayının 21-də Tıvada jurnalist aləsində anadan olub. 2012-ci ilin noyabr ayından Rusiyanın müdafiə naziridir.